AZ

"Liverpul" Ekitike üçün nə qədər ödəyəcək?

style='margin-bottom:10px;'>

"Liverpul"un "Ayntraxt"dan transfer etməyə hazırlaşdığı Uqo Ekitike üçün ödəyəcəyi məbləğ ortaya çıxıb.

QOL.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romanu məlumat yayıb.

"Mersisaydlılar" 22 yaşlı hücumçunun keçidinə görə 95 milyon avro xərcləyəcəklər. Tərəflər yaxında 6 illik müqavilə imzalayacaqlar. 

Qeyd edək ki, Uqo ötən mövsüm 33 matça çıxıb, 15 qol vurub və 8 qolun ötürməsini verib.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr