AZ

Xavi Simons Premyer Liqada çıxış edə bilər

“Leyptsiq”in gənc ulduzu Xavi Simons karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

İdmanxeber.az-ın məlumatına görə, 21 yaşlı yarımmüdafiəçiyə “Arsenal”, “Tottenhem” və “Çelsi” klubları maraq göstərir. Artıq London təmsilçiləri futbolçunun nümayəndələri ilə ilkin danışıqlara başlayıblar.

Transferin mümkün məbləğinin 60 milyon avro civarında olacağı qeyd olunur. Simons özü də Premyer Liqaya keçməyə müsbət yanaşır və İngiltərədə oynamağa hazır olduğunu bildirib.

Onun Almaniya klubu ilə mövcud müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Qeyd edək ki, Gənc yarımmüdafiəçi geridə qalan mövsümdə “Leyptsiq”in heyətində 33 matçda forma geyinib, 11 qola və 8 məhsuldar ötürməyə imza atıb.

phrase_var_article.chosen
17
3
idmanxeber.az

4phrase_var_article.sources