AZ

Mask onu gətirir - Hazırlıqlar gedir

Amerikalı milyarder və texnologiya sahibkarı İlon Mask yeni layihəsi ilə gündəmə gəlib. O, süni intellekt əsaslı çat-botu "Grok"un uşaqlar üçün uyğunlaşdırılmış versiyasını, "Baby Grok" adlı tətbiq kimi təqdim etməyi planlaşdırır.

Milli.Az xəbər verir ki, bu barədə Mask şəxsi "X" (əvvəlki Twitter) hesabında məlumat verib.

"Uşaqlar üçün uyğun məzmun təqdim edəcək "Baby Grok xAI" tətbiqini hazırlayacağıq", - deyə o bildirib.

Yeni tətbiqin məqsədi uşaqlara yaşlarına uyğun və təhlükəsiz süni intellekt dəstəyi təqdim etməkdir. Layihə Maskın qurucusu olduğu xAI startapı tərəfindən hazırlanacaq.

Qeyd edək ki, "Grok" Maskın xAI şirkəti tərəfindən hazırlanmış süni intellekt çat-botudur və hazırda "X" platformasında (Premium abunəliklə) istifadəçilərə təqdim olunur. "Baby Grok" isə bu texnologiyanın uşaqlara uyğunlaşdırılmış, təhlükəsiz və öyrədici versiyası olacaq.

Kənan
Milli.Az

Seçilən
7
milli.az

1Mənbələr