AZ

Şimali Koreya məhsulları Rusiyada – İki ölkə arasında ticarət genişlənir

BAKI, 20 iyul. TELEQRAF

Moskva ilə Pxenyan arasında sürətlə genişlənən ticarət və hərbi əməkdaşlıq Qərbə qarşı yeni təzyiq alətlərinə çevrilə bilər. İki ölkə arasında artan iqtisadi və siyasi əlaqələr regionda yeni balans yaradır.

Teleqraf xəbər verir ki, bu barədə Britaniyanın "Financial Times" qəzeti məlumat verib.

Nəşr bildirir ki, artıq Şimali Koreya mənşəli almalar Rusiya supermarketlərində görünməyə başlayıb. Şimali Koreya istehsalı olan cem, kolbasa, pivə və hətta musiqi alətləri Rusiya bazarında fəal şəkildə yer almağa çalışır. Bir çoxu ticarət markalarını artıq qeydiyyatdan keçirib.

Moskva Tuman çayı üzərindən keçəcək 100 milyon dollar dəyərində körpü inşa edir və paytaxtları birləşdirəcək 10 min kilometrlik dəmir yolunun yenidən istifadəyəverilməsiniplanlaşdırır. Şimali Koreya idmançıları və teatr truppaları Rusiyada çıxış edir, eyni zamanda Şimali Koreya universitet rəhbərləri Vladivostokda rus həmkarları ilə görüşür.

Pxenyanın iqtisadiyyatı Çindən ərzaq, yanacaq və gübrə idxalı ilə yaşasa da, son illərdəkriptovalyuta birjalarına qarşı aparılan haker hücumları vasitəsilə yüz milyonlarla dollar gəlir əldə edib.

Lakin məsələ təkcə ticarətlə məhdudlaşmır. Hərbi əməkdaşlıq sayəsində Moskva və Pxenyan Qərbin sanksiyaları və təzyiqlərinə qarşı daha dayanıqlı mövqe tuta bilər.

Məlumatlara görə, Şimali Koreya artıq Rusiyaya 13 minədək hərbçi göndərib və ötən ilin oktyabrından bəri 12 milyon mərmi tədarük edib. Kim Çen In, Rusiya XİN rəhbəri Sergey Lavrovla görüşdə, ölkəsinin Ukrayna müharibəsində Moskvanı "qeydsiz-şərtsiz" dəstəklədiyini bildirib.

Əvəzində isə Pxenyan milyardlarla dollar dəyərində maddi və texnoloji yardım alır. Analitiklər bu ittifaqın təkcə iqtisadi deyil, həm də geosiyasi nəticələr doğuracağınışünür.

Seçilən
21
teleqraf.com

1Mənbələr