"Çelsi" klubu futbolçusu Rahim Sterlinq dəyərini müəyyənləşdirib.
Offsideplus.az xəbər verir ki, London klubu 30 yaşlı vinger üçün 20 milyon funt-sterlinq tələb edir. Onlar 3 il öncə ingilis futbolçunu "Mançester Siti"dən 47 milyona transfer etmişdi.
Bu barədə "Sun on Sunday" məlumat yayıb.
Sterlinq başa çatan mövsümü icarə əsasında "Arsenal"da keçirib. O, burada 28 oyunda cəmi 1 qol vura bilib.