AZ

Aina Zadabek: Qazaxıstanda süni intellekt üzrə yeni mərkəz yaradılır

ŞUŞA, 20 iyul. TELEQRAF

"Qazaxıstanda süni intellekt sahəsində fəaliyyət göstərəcək yeni bir mərkəz yaradılır".

Teleqaf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Qazcontent” ASC İdarə Heyətinin sədri AinaZadabek bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media DayanıqlılığınınGücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu mərkəz xüsusi bir binada yerləşəcək və burada süni intellekt texnologiyalarına dair müxtəlif tədbirlər və təşəbbüslər həyata keçiriləcək.

Əsas hədəf 1 milyondan artıq insana süni intellektin mahiyyəti və imkanları haqqında məlumat verməkdir. Əgər süni intellekt texnologiyalarından düzgün şəkildə faydalana bilsək, bu, olduqca müsbət nəticələrə gətirib çıxaracaq”,- AinaZadabek bildirib.

Seçilən
26
teleqraf.com

1Mənbələr