Yeni Orleanda “Smoothie King Center” arenasında UFC 318 turniri keçirilib.
Futbolpress.az xəbər verir ki, gecənin əsas döyüşündə Maks Hollouey və Dastin Porye qarşılaşıb. Bütün raundları davam edən döyüşün qalibi Hollouey olub. O, hakimlərin qərarı ilə qalib elan edilib.
Döyüş Dastin Poryenin son görüşü olub. O, karyerasını bitirib.