Türkiyənin məşhur sənətçisi Nazan Öncel xəstəxanaya yerləşdirilib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.
Belə ki, əvvəllər də ürəyində problem olduğu üçün stent qoyulan 69 yaşlı sənətçi səhhətində problemlər yarandıqdan sonra bu gün səhər yenidən təcili yardıma müraciət edib.
Hazırda müğənniyə daha bir stent qoyulduğu və səhhətinin stabilləşməsi üçün müdaxilə edildiyi bildirilir.

