AZ

Alexandru Giboi: "Həqiqəti görmək üçün bacarıqlar lazımdır"

ŞUŞA, 20 iyul. TELEQRAF

"Həqiqəti görmək, prosesin necə baş verdiyini anlamaq üçün bacarıqlar lazımdır".

Teleqaf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Avropa Xəbər Agentlikləri Alyansının baş katibi Alexandru Giboi bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, bu bacarıqlar öyrənilməlidir.

“Artıq media savadlılığı anlayışı daha geniş mənaya malikdir. Keçmişdə yalnız qəzet, radio və televizor kimi informasiyanı aldığımız sadə mənbələr var idi. Amma indi informasiya mühiti çox daha mürəkkəb və genişdir”,- Alexandru Giboibildirib.

O vurğulayıb ki, insanlar reallığa uyğunlaşmalı və məlumatı dərk etməyi öyrənməlidir.

Seçilən
60
teleqraf.com

1Mənbələr