AZ

40 ilin avtomobili inanılmaz qiymətə satılır

Moskvada nadir "Mercedes-Benz 190 E" avtomobili satışa çıxarılıb.

Valyuta.az "auto.ru"ya istinadən xəbər verir ki, "Cosworth" studiyasının təqdim etdiyi 2,3 litrlik mühərriki olan avtomobil məhdud sayda istehsal olunub.

1985-ci ildən bəri 190 E yalnız 3859 kilometr yol qət edib.

O, inanılmaz qiymətə - 16 milyon rubla (təxminən 350 min manata) satılır.

Texniki göstəricilərə gəlincə, avtomobilin mühərriki 185 at gücü hasil edir. Belə mühərriklə sedan 100 km/saat sürəti 7,5 saniyəyə yığa bilir.

©Oxu.az 

Seçilən
30
valyuta.az

1Mənbələr