AZ

Anar Məmmədxanov – Gülüşlə Yadda Qalan Lider

Anar

Anar Məmmədxanov, 20 iyul 1970-ci ildə Bakıda anadan olub. O, 1988-ci ildə “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunu yaradaraq, 1991-ci ildən klubun prezidenti və kapitanı olub. Komandası 1992-ci ildə ŞHK Ali Liqasının çempionu, 1993-cü ildə finalçısı, 1995-ci ildə ŞHK Yay Kubokunun sahibi və 2000-ci ildə XX əsrin on ən yaxşı komandası turnirinin çempionu olub.Anar Məmmədxanov, Azərbaycanın ən gənc deputatı kimi, 1995, 2000 və 2005-ci illərdə müstəqil namizəd olaraq Milli Məclisə seçilib. O, həmçinin Avrasiya Televiziya və Radio Akademiyasının akademiki və “Ultra Production” şirkətinin, eləcə də “Day.az” xəbər saytının yaradıcısı idi .2011-ci il aprelin 23-də, 40 yaşında, ürək-damar çatışmazlığı nəticəsində vəfat edib.Anar Məmmədxanovun bir oğlu və iki qızı yadigar qalıb .Allah rəhmət eləsin. Ailəsinə, yaxınlarına səbir, güc və mənəvi dayaq arzu edirik. Onun işıqlı xatirəsi daim qəlblərdə yaşayacaq.Ulusum.az

Diqqət Çəkənlər

Prezident İlham Əliyev: “Şuşa Media Forumu artıq gözəl bir ənənəyə çevrilib”

Türkiyədə zəlzələ oldu

Paytaxtda Gərgin Anlar: Polis Xüsusi Əməliyyata Başladı

Seçilən
15
ulusum.az

1Mənbələr