AZ

Prezidentin köməkçisi: Azərbaycanda biz cəmiyyət olaraq media nümayəndələri ilə birlikdə çalışırıq

ŞUŞA, 20 iyul. TELEQRAF

"Azərbaycanda biz cəmiyyət olaraq media nümayəndələri ilə birlikdə çalışırıq".

Teleqraf-ın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Prezidentin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bu gün “Rəqəmsal Keçidlər: Süni İntellekt Dövründə İnformasiya və Media Dayanıqlılığının Gücləndirilməsi” mövzusuna həsr olunmuş III Şuşa Qlobal Media Forumunda çıxışı zamanı deyib.

O qeyd edib ki, cəmiyyətin informasiya təhlükəsizliyini təmin etməyin ən yaxşı yollarından biri media savadlılığını artırmaqdır.

“Bu xüsusilə sosial media savadlılığı sahəsində, uşaqlar və məktəblilər arasında çox vacibdir”,- H. Hacıyev bildirib.

Seçilən
8
teleqraf.com

1Mənbələr