Toni Kroos müasir futbolda yarımmüdafiəçilərin rolundan danışıb.
Publika.az xəbər verir ki, Koos müasir futbolun yarımmüdfaiənin üzərində qurulduğunu bildirib.
“Bir şey aydındır, o da müasir futbolda yarımmüdafiə mövqeyinin həlledici olmasıdır, buna heç bir şübhə yoxdur. Rodri kimi bir oyunçunun zədəsindən sonra “Mançester Siti”nin hansı vəziyyətə düşdüyünü gördük.
Məsələ burasındadır ki, yaxşı yarımmüdafiəçi və ya müdafiəyə meyilli yarımmüdafiəçi ancaq orada olmayanda diqqət çəkir. Meydanda olanda bu, təbii qarşılanır, sanki diqqətdən kənarda qalır, sanki hər şey qaydasındadır, sonra hücumçular sakitcə matçların nəticəsini həll edə bilirlər.