AZ

Türkiyədə qırmızı bülletenlə axtarılan 15 nəfər ölkəyə gətirilib

BAKI, TurkicWorld

Türkiyədə qırmızı bülletenlə axtarılan 14 nəfər və milli səviyyədə axtarılan bir nəfər olmaqla, ümumilikdə 15 nəfər Gürcüstan, Almaniya, Yunanıstan, Belçika, Serbiya və Şimali Kipr Türk Respublikasında (ŞKTC) saxlanılaraq Türkiyəyə təhvil verilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya məlumat yayıb.

Aparılan əməliyyatlar nəticəsində həmin şəxslərin gizləndikləri ölkələr tək-tək müəyyən edilib. Ədliyyə Nazirliyinin koordinasiyası ilə barələrində qırmızı bülletenlə beynəlxalq səviyyədə və milli səviyyədə axtarış qərarı çıxarılan bu şəxslər əlaqədar ölkələrin hüquq-mühafizə orqanları ilə qurulan əməliyyat əməkdaşlıqları sayəsində saxlanılıblar.

phrase_var_article.chosen
64
turkic.world

1phrase_var_article.sources