AZ

Merts Trampın Ukraynayala bağlı fikrini dəyişməsində həlledici rol oynayıb

Almaniya kansleri ABŞ prezidenti ilə birbaşa danışıqlarda Ukraynaya yardım məsələsini gündəmə gətirib…

ABŞ prezidenti Donald Trampın Ukraynaya hərbi yardımı davam etdirmək qərarında Almaniya kansleri Fridrix Mersin mühüm rolu olub.

Poliqon xəbər verir ki bu barədə Almaniyanın xarici işlər naziri Yohann Vadeful “Bild” qəzetinə verdiyi müsahibədə bildirib.

Vadefulun sözlərinə görə, Trampın Ukrayna Silahlı Qüvvələrinə yardım qərarı böyük ölçüdə Mersin təşəbbüsləri ilə bağlıdır. “Bu, kanslerin təşəbbüsünün nəticəsi oldu. Fridrix Mers bu prosesdə mühüm rol oynayıb, çünki o, əvvəldən Ukraynaya dəstəyini açıq şəkildə ifadə edib”, — deyə nazir qeyd edib.

Sabiq nazir əlavə edib ki, kansler bu məsələni G7 sammitində və Ağ Evdə keçirilən danışıqlarda şəxsən gündəmə gətirib. Mers vurğulayıb ki, “hazırda ABŞ-a ciddi ehtiyac var”.

“Biz yalnız sevinə bilərik ki, kansler ABŞ prezidenti ilə bu qədər konstruktiv əlaqələr qurub və Vaşinqton yenidən Almaniyanın səsinə qulaq asmağa başlayıb”, — deyə Yohann Vadeful bildirib.

Qeyd edək ki, bundan əvvəl kansler Fridrix Mers Ukraynanın yaxın vaxtlarda Almaniya və Ukrayna müdafiə sənayelərinin birgə istehsalı olan uzaqmənzilli silahlar alacağını açıqlamışdı.

Poliqon.info

Seçilən
115
poliqon.info

1Mənbələr