BAKI, TurkicWorld
ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) təhlükəsizlik məsələləri ilə əlaqədar öz ölkələrindən işləyən 70 xarici mütəxəssisi işdən çıxarıb.
TurkicWorld xəbər verir ki, bu barədə “Reuters” agentliyi nazirlik nümayəndəsinə istinadla məlumat yayıb.
Bildirilib ki, işdən çıxarılan şəxslər Rusiya, Çin, Şimali Koreya və İrandan olan əməkdaşlardır.
“Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə əsasında işləmək səlahiyyətinə malik şəxslərlə bağlı genişmiqyaslı yoxlama aparılıb və təhlükə yaradan ölkələrdən olan təxminən 70 nəfər müəyyən edilib” - deyə, Nazirlik nümayəndəsi bildirib.
Onun sözlərinə görə, işdən çıxarılan şəxslərin USDA layihələrinə yenidən qayıtmaq imkanı olmayacaq. Bu şəxslər Nazirliyin Kənd Təsərrüfatı Tədqiqat Xidmətində öz ölkələrindən işlayirdilər və onların əksəriyyəti Çin vətəndaşları idi.
Qeyd edək ki, 8 iyul tarixində ABŞ-ın kənd təsərrüfatı naziri Bruk Rollinz ABŞ hökumətinin Çin və digər “xarici düşmənlərə” ölkə daxilində kənd təsərrüfatı torpaqlarının satışını qadağan etdiyini bəyan edib.
Rollinz əlavə edib ki, yeni qərarlar təkcə Çinlə məhdudlaşmır, həm də digər “narahatlıq doğuran ölkələri” də əhatə edir. O, bu ölkələr arasında Rusiya, Şimali Koreya və İranı da qeyd edib.