Teletskoye gölünün (Altay Respublikası) sularında şəxsi uçuşu zamanı göyərtəsində iki nəfərin olduğu helikopter sərt eniş edib.
Publika.az xəbər verir ki, bu barədə Qərbi Sibir Nəqliyyat Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, hadisədən dərhal sonra helikopterin sərnişinləri tibb müəssisəsinə aparılıb.
"İlkin məlumatlara görə, iyulun 20-nə keçən gecə şəxsi uçuşu yerinə yetirərkən “Robinson” helikopteri İoqaç kəndi (Altay Respublikasının Turoçak rayonu) yaxınlığında Teletskoye gölünün suyuna sərt eniş edib", - məlumatda deyilir.
Hadisənin baş vermə şəraiti və səbəbləri araşdırılır.