AZ

Qusarda əkinçilərin problemləri iş başında öyrənili

Son illər ölkəmizdə həyata keçirilən aqrar islahatlar səmərəsiz qalmır. Həmin islahatlar sayəsində daxili bazarın kənd təsərrüfatı məhsulları ilə təminatı yaxşılaşır, ixracın həcmi artır, kənd sakinlərinin məşğulluq və gəlir əldə etmək imkanları genişlənir.

Aqrar sahədə əldə edilən müsbət nəticələrdə Qusar rayonunun da payı var. Rayonda yetişdirilən məhsulların həcmi, gətirəcəyi fayda mütəxəssislər tərəfindən öncədən proqnozlaşdırılır və məhsuldarlığın yüksək olması üçün tədbirlər görülür, o cümlədən aqrotexniki xidmətlər yerinə yetirilir. 

Rayon rəhbərliyi də kənd təsərrüfatı sahəsinə xüsusi diqqət verir, mütəmadi ayrı-ayrı təsərrüfatlarda olur, əkin sahələrinə baxış keçirir və yerli fermerlərlə görüşür, problemlərini öyrənir, tədbilər görür. Bu günlər RİH-in başçısı Sahir Məmmədxanov taxıl biçilən sahələrdə olmuş, fermerlərlə söhbət etmiş, onların qarşılaşdıqları çətinliklər və məhsuldarlığın vəziyyəti ilə maraqlanmışdır. Fermerlərin problemlərinin təcili həlli üçün yerindəcə tapşırıqlar vermişdir. 

Sonra o, tərəvəz əkinlərinin mövcud durumu ilə tanış olmuş, sahələrdə görülən işlər, suvarmanın vəziyyəti və məhsul yığımına hazırlıq prosesi barədə məlumat almışdır. 

 Qeyd edək ki, Qusar rayonunda yüksək keyfiyyətli məhsul əldə etmək üçün bütün şərait var. Daxili bazarlarda məhsulun Qusara aid olduğunu bilən kimi müştərilər onu həvəslə alırlar.  Çünki artıq bir ilə yaxındır ki, rayonda yetişdirilən məhsullar mütəxəssislər tərəfindən dəfələrlə yoxlanılır. Belə yoxlamalar rayonda kənd təsərrüfatı sektorunun inkişafına, mövcud problemlərin vaxtında müəyyənləşdirilərək aradan qaldırılmasına xidmət edir.

Akif ƏLİYEV,

“Azərbaycan”

Seçilən
40
azerbaijan-news.az

1Mənbələr