Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Senatda hakim və digər hökumətvəzifələrinə namizədlərin təsdiqlənməsi üçün RespublikaçılarPartiyasının Nümayəndələr Palatasındakı çoxluq lideri Con Tununavqust tətilini ləğv edəcəyinə ümid etdiyini bildirib.
Trend xəbər verirki, Tramp bu barədə "Truth Social" platformasında paylaşımedib:
“Ümid edirəm ki, son iki həftədə və əslində son altı ayda böyükuğurlar qazanmış istedadlı Con Tun mənim gözəl namizədlərimitəsdiqləmək üçün avqust tətilini ləğv edəcək”, – deyə Tramp qeydedib.
Tramp hansı namizədləri nəzərdə tutduğunu açıqlamayıb.Bildirilir ki, hazırda müxtəlif ştatlarda ən azı 49 namizəd Senatıntəsdiqini gözləyir.
Qeyd edək ki, ABŞ Konqresinin Senatı təqvimə əsasən avqustun4-dən sentyabrın 1-dək yay tətilinə çıxacaq. Bu müddətdəsenatorların paytaxt Vaşinqtonu tərk edərək təmsil etdikləriştatlara qayıtmaları nəzərdə tutulur.