Bakı. Trend:
Almaniya yaxın illərdə elektrik enerjisi çatışmazlığı ilə üzləşəbilər. Səbəb isə alternativ enerji mənbələrinin ölkənin artantələbatını ödəməyə kifayət etməməsidir.
Trend xəbər verirki, bu barədə “Bild” qəzeti məlumat yayıb.
Məlumata görə, Almaniya İqtisadiyyat Nazirliyi və sənayedairələri külək və günəş enerjisi stansiyalarının inkişafı iləbağlı strategiyanın yetərincə effektiv olmadığına dair ciddinarahatlıq keçirirlər.
Statistikaya əsasən, ötən il Almaniyada müəssisələr və evtəsərrüfatları ümumilikdə 464 teravat-saat (TVt-saat) elektrikenerjisi istehlak edib. 2035-ci ilə qədər bu rəqəmin 1000 TVt-saataqədər artacağı proqnozlaşdırılır.
Əlavə olaraq, Almaniya hökuməti ən geci 2038-ci ilə qədər kömürenerjisindən tamamilə imtina etməyi planlaşdırır. Bu isə ölkəninenerji təchizatı ilə bağlı riskləri daha da artırır.