AZ

İsrail Qəzzanı atəşə tutdu - Yaralananlar var

BAKI, 20 iyul. TELEQRAF

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilindəki bəzi qəsəbələrə hücum edərək 2 fələstinlini yaralayıb, bir nəfəri isə həbs ediblər.

Teleqraf xəbər verir ki, Nablus şəhərinin Beyta qəsəbəsində israillilərin hücumu nəticəsində 19 yaşlı fələstinli yaralanıb. Qızıl Aypara Cəmiyyətinin əməkdaşları gənc fələstinlini müalicə üçün xəstəxanaya çatdırıb.

Daha bir nəfər isə Ramallahın qərbindəki Nilin qəsəbəsində yaralanıb.

Seçilən
70
teleqraf.com

1Mənbələr