Bakı. Trend:
İranın Fars əyalətində sərnişin avtobusunun aşması nəticəsində22 nəfər həlak olub, 36 nəfər isə yaralanıb.
Trend xəbər verirki, bu barədə əyalətin təcili yardım xidmətinin rəhbəri Məsud AbedILNA xəbər agentliyinə açıqlama verib.
Hadisə Firuzabad və Kevar şəhərləri arasındakı magistral yoldabaş verib.
"Təəssüf ki, bu faciəli hadisədə avtobusda olan 58 sərnişindən22-si həlak olub, 36-sı yaralanıb", – deyə Abed bildirib.
O əlavə edib ki, bəzi sərnişinlərin vəziyyəti ağır olduğundan,ölənlərin sayının artacağı istisna edilmir.