AZ

Los-Ancelesdə avtomobil izdihamın üzərinə sürüldü

Bakı. Trend:

ABŞ-nin Los-Anceles şəhərində avtomobilin gecə klubuna girməküçün gözləyən izdihamın üstünə sürülməsi nəticəsində 30 nəfərxəsarət alıb.

Trend xəbər verirki, bu barədə məlumat şəhərin yanğınsöndürmə xidmətinin rəsmisaytında yer alıb.

“7 nəfərin vəziyyəti ağır, 6 nəfərin vəziyyəti ağır, 10 nəfərinvəziyyəti isə qənaətbəxşdir”, - nəşrdə deyilir.

Daha 7 nəfər isə hadisə yerində müayinə olunduqdan sonraxəstəxanaya aparılmaqdan imtina edib.

Yanğınsöndürmə idarəsinin sözçüsü Kapitan Adam bildirib ki,sürücü əvvəlcə ərzaq daşıyan maşına və valet dayanacağına çırpılıb,daha sonra isə nəzarəti itirərək birbaşa izdihamın üzərinəsürüb.

Hadisə şahidlərinin sözlərinə görə, avtomobil insanların üzərinəsürdükdən sonra yoldan keçənlər sürücünü avtomobildən çıxararaq onahücum ediblər. Nəticədə baş verən dava zamanı sürücü güllələnib vəhəyatını itirib.

Hadisə ilə bağlı istintaq davam edir.

Seçilən
17
az.trend.az

1Mənbələr