AZ

Federiko Bernardeski “Bolonya”da - Rəsmi

Futbol üzrə İtaliya millisinin və “Yuventus”un sabiq futbolçusu Federiko Bernardeski yenidən A Seriyasına qayıdıb.

Arena.az xəbər verir ki, 31 yaşlı hücumçu azad agent kimi “Bolonya”ya keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bernardeski ilə 2 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Federikonun son klubu “Toronto” (ABŞ) olub. O, 3 il ərzində MLS təmsilçisinin heyətində 99 oyun keçirib, 26 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Federiko Bernardeski karyerası ərzində “Yuventus”, “Fiorentina”, “Krotone” kimi klubların da şərəfini qoruyub. 31 yaşlı vinger İtaliyanın müxtəlif yaş qrupları üzrə yığmalarında oynadıqdan sonra 2016-cı ildə əsas millidə debüt edib. Bernardeski İtaliya millisinin heyətində 39 oyun keçirib, 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

“Transfermarkt” internet-portalı 31 yaşlı vingerin transfer dəyərini 3,5 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
109
32
arena.az

10Mənbələr