AZ

Bernardeski İtaliyaya qayıtdı

İtaliya millisinin sabiq futbolçusu Federiko Bernardeskinin yeni ünvanı məlum olub.

Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi “Bolonya”ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 31 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

Bernadeski daha əvvəl İtaliyada “Fiorentina”, “Krotone”, “Yuventus” kimi klublarda çıxış edib. Onun son ünvanı ABŞ-də “Toronto” olub.

Seçilən
49
futbolpress.az

1Mənbələr