AZ

İki güləşçimiz reytinq turnirində mükafatçılar sırasına düşdü

Azərbaycanın iki güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən reytinq turnirində mükafatçılar sırasına düşüb.

Publika.az xəbər verir ki, yarışın üçüncü günündə yunan-Roma güləşi üzrə millinin 5 üzvü xalçaya çıxıb.

Ruslan Nurullayev (72 kq) qazaxıstanlı Daniyar Kalenova 5:1 hesabıyla qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Yuri Lomadzeyə müqavimət göstərə bilməyib – 0:10. Təsəlliverici görüşdə norveçli Juan Aakı (6:4) yolundan kənarlaşdıran Ruslan bürünc medal uğrunda qarşılaşmada gürcüstanlı Giorgi Çxikvadzeyə heç bir şans tanımayıb – 9:0.

Gücünü yuxarı çəkidə sınayan Həsrət Cəfərov (72 kq) yarımfinaladək serbiyalı dünya çempionu Ali Arsalanla (2:1) qazaxıstanlı Merey Maulitkanova (5:3) qalib gəlib. Özbəkistanlı Abdulla Aliyevə 3:5 hesabıyla məğlub olan Həsrət biləyindəki zədəyə görə üçüncü yer uğrunda görüşə çıxmayıb.

İslam Abbasov (87 kq) ilk mərhələdə macarıstanlı İstvan Takaçı 3:1 hesabıyla üstələyib. 1/8 final görüşü erkən başa çatıb. Niderlandlı Marsel Sterkenburq zədələndiyi üçün İslam növbəti mərhələyə adlayıb. Norveçli Eksos Mukubunu ilk xal prinsipinə əsasən (1:1) mübarizədən kənarlaşdıran Abbasov yarımfinalda macarıstanlı David Losonçiyə uduzub – 0:4. İslam bürünc medal uğrunda görüşdə serbiyalı Avropa çempionu Aleksandr Komarovdan güclü olub – 5:2.

Seçilən
35
18
publika.az

10Mənbələr