İtaliya millisinin sabiq üzvü Federiko Bernardeski A Seriyaya dönüş edib.
90deqiqe.Az-ın məlumatına görə, 31 yaşlı hücumameylli yarımmüdafiəçi karyerasını "Bolonya" klubunda davam etdirəcək.Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb.
Bernardeski ilə imzalanan razılaşmanın detalları açıqlanmayıb.
Təcrübəli futbolçu "Bolonya"ya azad agent statusunda qoşulub. O, son üç mövsümü ABŞ-ın MLS liqasında "Toronto" klubunun heyətində keçirib. Bernardeski daha əvvəl "Yuventus", "Fiorentina" və "Krotone" kimi tanınmış İtaliya klublarında da çıxış edib.
İtaliya yığmasının heyətində 39 oyuna çıxan Bernardeski 6 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.
Xatırladaq ki, "Bolonya" ötən mövsüm İtaliya Kubokunu qazanaraq Avropa Liqasının əsas mərhələsinə vəsiqə qazanıb. Yeni mövsümdə təcrübəli oyunçunun avrokubok təcrübəsi komandanın hədəflərinə çatmasında əhəmiyyətli rol oynaya bilər.