AZ

“İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Kəngərlidə keçirilib

“İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Kəngərlidə keçirilib

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti yarış Kəngərli rayonunda baş tutub.

11 iyul tarixdə Kəngərli Rayon Şahmat Məktəbində “İntellekt Çempionatı”nın Kəngərli rayon seçimi təşkil olunub.

İntellektual yarışın əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə baş tutan layihənin əhəmiyyətindən danışıb.

Arzu Qasımov qeyd edib ki, bu cür layihələr yalnız fərdi bilik və bacarıqların təkmilləşdirilməsinə deyil, həm də gənclər arasında dostluq, əməkdaşlıq və komanda ruhunun gücləndirilməsinə xidmət edir.

Sonra 6 komandanın iştirakı ilə “İntellekt Çempionatı”nın Kəngərli rayon seçimi keçirilib. Yarış “Nə? Harada? Nə zaman?” formatında baş tutub. Aparıcı tərəfindən iştirakçılara ümumi dünyagörüşünü əhatə edən 24 sual səsləndirilib. Sonda birinci, ikinci və üçüncü yerləri tutan komandaların üzvlərinə təşkilatçıların diplomları təqdim olunub. Birinci yerin qalibi olan “Zəngəzur” komandası “İntellekt Çempionatı”nın Naxçıvan şəhərində baş tutacaq böyük finalına vəsiqə qazanıb.

Seçilən
25
afn.az

1Mənbələr