AZ

Həddindən artıq vitamin qəbulunun fəsadları – "vitamin zəhərlənməsi" nədir?

Son dövrlərdə sağlam həyat tərzinə artan maraq fonunda vitamin və qida əlavələrinin istifadəsi də yüksəlib. Lakin həkimlər xəbərdarlıq edir ki, hər vitamin orqanizmə faydalı olsa da, onların normadan artıq qəbulu təhlükəli nəticələrə səbəb ola bilər.

BAKU.WS xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə A, D, E və K kimi yağda həll olan vitaminlər orqanizmdə yığıla bilər və artıq doza ilə qəbul olunduqda hipervitaminoz adlanan vəziyyət yarana bilər. Bu, həm qaraciyər zədələnməsinə, həm də digər orqan funksiyalarının pozulmasına səbəb ola bilər.

Həkim-terapevtlər bildirir ki, A vitamini zəhərlənməsi zamanı başgicəllənmə, görmə pozğunluğu, dəridə quruluq və hətta sümük ağrıları müşahidə oluna bilər. D vitamininin artıq dozası isə kalsium səviyyəsinin həddindən artıq artmasına və böyrəklərdə problemlərə yol aça bilər.

Ümumdünya Səhiyyə Təşkilatı tövsiyə edir ki, vitaminlər yalnız qan analizlərindən sonra, həkim təyinatı ilə qəbul olunmalıdır. "Profilaktika məqsədilə özbaşına vitamin içmək, bəzən dərman içməkdən daha təhlükəli ola bilər", – deyə mütəxəssislər bildirir.

Seçilən
44
30
far.az

10Mənbələr