AZ

Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi qeydə alınıb.

“İki sahil” xəbər verir ki, hadisə şəhərin 5-ci məhəllə ərazisində baş verib.

Şəhər sakini, 1987-ci il təvəllüdlü Səmədov Rüfət Mirfəttah oğlu aralarında baş vermiş münaqişə zəminində tanışı, 1975-ci il təvəllüdlü Gülalıyev Rauf Ağalar oğluna bıçaqla xəsarət yetirib.

Yaralı xəstəxanaya çatdırılıb.

Əldə etdiyimiz məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən R.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırma aparılır.

phrase_var_article.chosen
40
50
ikisahil.az

10phrase_var_article.sources