"Qalatasaray" ulduz futbolçu Manuel Akanjinin transferi üçün danışıqlara başlayıb.
Fanat.Az xəbər verir ki, futbolçu Türkiyə çempionundan ilinə 7 milyon avro tələb edib.
Bu barədə məlumatı türkiyəli jurnalist Yağız Sabuncuoğlu yayıb.
Qalatasarayın bu məbləği oyunçuya vermək istəmədiyi bildirilib.
Qeyd edək ki, futbolçu "Mançester Siti"də ilinə 7.5 milyon avro qazanır.
Kamil Xudiyev