AZ

İranda ölümcül infeksiya sürətlə yayılır

İranda dengi qızdırmasına yoluxma halları 277-yə yüksəlib.

Publika.az xəbər verir ki, bu barədə İranın Yoluxucu Xəstəliklərə Nəzarət Sisteminin son hesabatında deyilir.

Bildirilib ki, Çabəhar şəhərində 273 yoluxma halı qeydə alınıb. Onlardan 266-sı yerli sakinlər, 7-si isə Pakistandan qayıdan şəxslər olub.

Aedes ağcaqanadlarının Gilan əyalətinin bütün bölgələrində, Mazandaranın bəzi ərazilərində (Ramsər, Tonekabon, Abbasabad, Mahmudabad, Nur), Ərdəbil əyalətinin Biləsuvar şəhərində və Şərqi Azərbaycan əyalətinin bəzi ərazilərində (Xudafərin, Horand, Kəleybər) də müşahidə olduğu bildirilir.

Seçilən
31
publika.az

1Mənbələr