AZ

“Turan Tovuz”da qalmadı, çempionluğa iddialı komandaya getdi

Elitanı tərk edən “Səbail” heyətini gücləndirməkdə davam edir.

I Liqada çempion olaraq Premyer Liqaya qayıtmağı hədəf seçən Bayıl təmsilçisi əsasən yüksək dəstədə təcrübəsi olanlara göz qoyub.

Odur ki, ötən mövsümü elitada keçirmiş Sadiq Quliyevlə razılıq əldə olunub.

30 yaşlı mərkəz müdafiəçisi qarşıdakı 1 ili “dənizçilər”in formasında keçirəcək.

“Səbail” Quliyevə qədər Rəhman Hacıyev, Nicat Süleymanov, Bahadur Həziyev, Səbayıl Bağırov, Asim Əlizadə kimi Premyer Liqa təcrübəsi olanlarla sözləşmə imzalayıb.

HƏBİB / SPORTİNFO.AZ

Seçilən
43
sportinfo.az

1Mənbələr