AZ

Reytinq turniri: Nurullayev bürünc qazanıb, daha iki medal şansı - YENİLƏNİR

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə reytinq turniri davam edir.

İdman.biz xəbər verir ki, ilin son reytinq yarışında yunan-Roma güləşçilərin çıxışına start verilib.

Yığmamızın 3 idmançısı medal uğrunda yarışıb. daha bir güləşçimiz Həsrət Cəfərov (72 kq) zədələndiyi üçün bürünc medal görüşünə çıxmayıb.

Reytinq turniri
Yunan-Roma güləş
72 kq

Ruslan Nurullayev qazaxıstanlı Daniyar Kalenova 5:1 hesabı ilə qalib gəlsə də, 1/4 finalda gürcüstanlı Yuri Lomadzeyə (0:10) uduzub. Təsəlliverici görüşdə norveçli Juan Aaka 6:4 hesabı ilə məğlub edən bürünc medal uğrunda Giorgi Çxikvadze (Gürcüstan) güləşib. İdmançımız 9:0 hesabı ilə qalib gəlib.

Bu çəkidəki digər təmsilçimiz Həsrət Cəfərov serbiyalı dünya çempionu Ali Arsalanla (2:1) qazaxıstanlı Merey Maulitkanova (5:3) qalib gələrək yarımfinala yüksəlib. Özbəkistanlı Abdulla Aliyev 3:5 hesabıyla məğlub olan Həsrət zədələndiyi üçün bürünc medal görüşünə çıxmayıb.

87 kq
Macarıstanlı İstvan Takaçı 3:1 hesabı ilə üstələyən İslam Abbasov 1/8 finalda niderlandlı Marsel Sterkenburq zədələndiyi üçün növbəti mərhələyə mübarizəsi adlayıb. Norveçli Eksos Mukubuya ilk xal prinsipinə əsasən (1:1) qalib gələn Abbasov yarımfinalda macarıstanlı David Losonçiyə uduzbu - 0:4. İslam bürünc medal uğrundakı rəqibi serbiyalı Aleksandr Komarov olacaq.

130 kq
Beka Kandelaki koreyalı Seunqçan Liyə tam üstünlüklə (9:0) qalib gəlsə də, 1/4 finalda macarıstanlı Dariuş Vittekə sonuncu xal prinsipinə əsasən (3:3) məğlub olub. Beka zədələndiyi üçün macarıstanlı Koppani Laslo ilə təsəlliverici görüşə çıxmayıb.

Onunla eyni çəkidə yer alan Sərxan Məmmədov ABŞ güləşçiləri - Aden Attaoya (9:0) və Kurtni Frimana (4:3) qalib gələrək yarımfinala yüksəlbi. Finalın bir addımlığında macarıstanlı Dariuş Vittekə məğlub olan Sərxan Məmmədov 3-cü yer uğrunda görüşəcək. O, yerli idmançı Koppani Laslo ilə qarşılaşacaq.

Qeyd edək ki, yarışın ilk iki günündə sərbəst güləşçilərimiz 5 medal qazanıblar.

İdman.biz

Seçilən
85
18
idman.biz

10Mənbələr