III qrup üzrə ən yüksək nəticə göstərən Qərbi Azərbaycan kökənli gənc Aytac Baxşəliyeva.
Baxşəliyeva Aytac Ənvər qızı 16.11.2007 ci il tarixində Sumqayıt şəhərində anadan olub. 2014 - 2018 ci illərdə Mikayıl Müşfiq adına tam orta məktəbdə, 2018 -2025 ci illərdə Təbiət Elmləri Təmayüllü Gimnaziyada təhsil alıb. Təhsil müddətində 4 dəfə Azərbaycan dili və Ədəbiyyat fənni üzrə Respublika Fənn Olimpiadasında qalib olmuş, iki qızıl, bir gümüş, bir bürünc medala layiq görülmüşdür.Bundan əlavə Aytac dəfələrlə Xəmsə Breyn Rinq, Kim Harda Nə Zaman intellektual yarışmalarda iştirak edərək birincilik qazanmışdır. İki dəfə ingilis dili üzrə Beynəlxalq Olimpiadaların qızıl mükafatçısı olmuşdur.
Aytac Baxşəliyeva 11 illik təhsilini Qızıl atestat və Qızıl nişana layiq görülüb.
Aytac Baxşəliyeva qəbul imtahanı üzrə 691,8 bal toplayaraq III qrup üzrə ölkə birincisidir.Məqsədi ADA Universitetində Hüquq fakultəsini oxumaq və peşəkar hüquqşünas olmaqdır.
Bu uğur, uzun illərin zəhmətinin təntənəsidir.
Uğurların daim bol olsun!
Fəxr edirik səninlə!
Qeyd edək ki, Aytac Baxşəliyevanın atası Ənvər Baxşəliyev 1973- cü il yanvarın 31 də Dərələyəz mahalı İstisu (Cermuk) şəhərində anadan olub. 1988 - ci ilin may ayında ailəsi ilə birlikdə ermənilər tərəfindən zorla qovularaq Sumqayıt şəhərində məskunlaşıb.