AZ

“Turan Tovuz” ilk oyununda heç-heçə etdi

BAKI, 19 iyul. TELEQRAF

“Turan Tovuz" bu gün Türkiyə toplanışında ilk yoxlama oyununu keçirib.

Teleqraf xəbər verir ki, Tovuz təmsilçisi yerli “Çorum" klubu ilə qarşılaşıb.

Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Kurban Berdıyevin rəhbərlik kollektivdən 37-ci dəqiqədə Roderik Miller fərqlənib.

Qeyd edək ki, "Turan Tovuz"un Bolu toplanışı 6 avqustadək davam edəcək.

Seçilən
50
1
teleqraf.com

2Mənbələr