AZ

Finlandiya bələdiyyələri işsizlik səbəbindən dövlət büdcəsinə 347 milyon avro ödəyib

Bakı. Trend:

Bu ilin birinci yarısında Finlandiya bələdiyyələri məşğulluqvəziyyətinin əlverişsiz olması səbəbindən ölkə büdcəsinə təxminən347 milyon avro cərimə ödəyib.

Trend xəbər verirki, bu barədə "Yle" Finlandiya Sosial Sığorta Təşkilatı (Kela)tərəfindən yayımlanan məlumatlara istinadla yazır.

Məlumata görə, ötən illə müqayisədə ölkədə işsizlik səviyyəsi 47faiz artıb. Hazırda işsizlərin sayı vakant iş yerlərindən bir neçədəfə çoxdur.

Qeyd olunur ki, bu ilin əvvəlindən etibarən işsizlik cərimələriartırılıb. Əgər məşğulluq səviyyəsi yaxşılaşmasa, bələdiyyələrişsizlik müavinətlərinin bir hissəsini dövlət idarəsinə geriödəməli olacaqlar.

Cərimənin həcmi uzun müddət işsiz qalan şəxslərin sayından asılıolacaq.

Seçilən
79
az.trend.az

1Mənbələr