"Qalatasaray" transfer çalışmalarını davam etdirir.
Fanat.Az xəbər verir ki, Türkiyə çempionunun yeni hədəfi "Monako" forması geyinən Vilfred Sinqodur.
Bu barədə məlumatı "Aspor" yayıb.
Xəbərdə 24 yaşlı mərkəz müdafiəçisinin transferi üçün klublar arasında danışıqların başlandığı bildirilib.
Qeyd edək ki, futbolçunun klubu ilə 2028-ci ilə qədər müqaviləsi mövcuddur.
Kamil Xudiyev