AZ

Halonq körfəzində turist gəmisinin qəzasında ölənlərin sayı 27-yə çatıb

Bakı. Trend:

Vyetnamın şimalındakı Halonq körfəzində turist gəmisinin qəzayauğraması nəticəsində ölənlərin sayı 27 nəfərə yüksəlib.

Trend xəbər verirki, bu barədə “VnExpress” portalı məlumat yayıb.

Son məlumata görə, təcili yardım xidmətləri 8-i uşaq olmaqla 27qurbanın cəsədini tapıb. Agentlik xəbər verir ki, 11 nəfər xilasedilib. Daha əvvəl bir qurban və 12 nəfərin xilas edildiyibildirilirdi.

Qeyd edək ki, daha əvvəl VnExpress xəbər vermişdi ki,göyərtəsində 48 turist və 5 ekipaj üzvü olmaqla ümumilikdə 53 nəfərolan gəmi Cənubi Çin dənizindəki Halonq körfəzində əlverişsiz havaşəraiti səbəbindən aşıb.

Seçilən
59
az.trend.az

1Mənbələr