Vyetnamın Halonq körfəzində 50-dən çox insanı daşıyan gəminin çevrilməsi nəticəsində ən azı 18 nəfər ölüb, onlarla insan itkin düşüb.
"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Məlumata görə, gəmi YUNESKO-nun Ümumdünya İrs Siyahısına ekskursiya zamanı qəfil leysan yağışı səbəbindən çevrilib. Gəmidə 48 sərnişin və 5 ekipaj üzvü olub.
Sərhədçilər 12 nəfəri xilas edib, 18 cəsədi isə çıxarıb. Sərnişinlər arasında 20-dən çox uşaq da var.
Ağarza Elçinoğlu