AZ

Tramp İranı HƏDƏLƏDİ

ABŞ Prezidenti Donald Tramp İranı yeni nüvə obyektləri tikiləcəyi təqdirdə onları məhv edəcəyi ilə hədələyib.

Publika.az xəbər verir ki, o, bu barədə "Truth Social" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, ABŞ-ın zərbələri nəticəsində İranın üç nüvə obyekti tamamilə məhv edilib.

"Onları yenidən xidmətə qaytarmaq üçün illər lazım olacaq və əgər İran bunu istəsəydi, həmin obyektlər məhv edilməzdən əvvəl üç ayrı məkanda hər şeyi yenidən başlamaq ona daha sərfəli olardı", - Tramp yazıb.

Bu gün İran Məclisi elan edib ki, İrana qarşı sanksiyalar davam edərsə, respublika Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxa və ya uranı 60%-dən çox zənginləşdirməyə başlaya bilər.

Seçilən
23
publika.az

1Mənbələr