AZ

Arıqlamaq istəyən bu tərəvəzi yesin

Kahı orqanizm üçün çox faydalı yaşıl yarpaqlı tərəvəzlərdən biridir. Su, lif, A, C, K vitaminləri və kalium baxımından zəngindir.

Foodinfo.az xəbər verir ki, tərkibində kalori çox az olduğu üçün arıqlamaq istəyənlər üçün uyğundur.

Həzm sistemini yaxşılaşdırır, qəbizliyin qarşısını alır, bədəni nəmləndirir və toksinlərin atılmasına kömək edir.

Kahı həmçinin sakitləşdirici təsirə malikdir – axşam saatlarında qəbul edildikdə yuxunu tənzimləyir.

Antioksidant tərkibi sayəsində hüceyrələri qoruyur, immun sistemini gücləndirir və ürək-damar sağlamlığını dəstəkləyir. Göz və dəri sağlamlığı üçün də faydalıdır.

Kahı mümkün qədər təzə və duzsuz formada yeyilməlidir.


phrase_var_article.chosen
65
news24.az

1phrase_var_article.sources