AZ

Xanyurduya qayıdan keçmiş məcburi köçkün: Ömrümün sonuna kimi burada yaşamaq istəyirəm

33 ildən sonra, həsrətini çəkdiyimiz Qarabağ torpağında dayanmışam. Üçrəngli bayrağın altında, müstəqil ölkənin azad vətəndaşı kimi yaşayıram.

Bu fikirləri "Report"un Xocalıya ezam olunmuş əməkdaşı ilə söhbətində Xanyurdu kənd sakini Aysel Mehdiyeva səsləndirib. O qeyd edib ki, Xanyurdu kənd sakini olsa da, Bakıda doğulub:

"Mən Qarabağı görməsəm də uşaqlıqdan Qarabağ adət-ənənəsi ilə böyümüşəm. Valideynlərim Qarabağı mənə sevdirə biliblər. Ona görə də ürəyimdə doğma torpağa böyük sevgi yaranıb. İndi gəlib bu ata-baba yurdumu gördükcə bir daha əmin oluram ki, ürəyimdə olan sevgi əbəs deyil və ömrümün sonuna kimi burada yaşamaq istəyirəm".

A.Mehdiyeva dövlət tərəfindən göstərilən yüksək diqqətə görə minnətdarlıq edib:

"Mənim üçün çox qürurverici bir gündür, öz adımdan və ailəm adından cənab prezidentə təşəkkür edirəm. Onun qətiyyəti, əzmi və güclü siyasəti nəticəsində ordumuz işğalda olan olan torpaqlarımızı azad edib. 33 ildən sonra, bizi əbədi olaraq öz yurdumuza qaytarıb. Mən Azərbaycanımızın müstəqilliyi yolunda canından keçmiş şəhidlərimizin ruhları qarşısında baş əyirəm. İbtidai sinif müəllimiyəm. Çiyinlərimdə böyük bir məsuliyyət olduğunu dərk edirəm. Vətəni və xalqı necə sevmək lazım olduğunu mənim öz şagirdlərimə aşılamağım lazımdır".

Seçilən
35
report.az

1Mənbələr