Bakı. Trend:
"Qarabağ"ın keçmiş qapıçısı Asmir Beqoviç karyerasınıİngiltərənin "Lester Siti" klubunda davam etdirə bilər.
Trend xəbər verirki, 38 yaşlı bosniyalı futbolçu ilə klub arasında danışıqlarhazırda davam edir.
Xatırladaq ki, Beqoviç 2019/20 mövsümündə icarə əsasında"Qarabağ"da çıxış edib. O, həmçinin "Çelsi", "Milan", "Everton"kimi tanınmış klubların da formasını geyinib.
Qeyd edək ki, təcrübəli qapıçı 2009–2020-ci illər ərzindəBosniya və Herseqovina millisində 63 oyun keçirib.