Bakı. Trend:
Bakının Qaradağ və Yasamal rayonlarında oğurluq edən şəxslərsaxlanılıb.
Trend xəbərverir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Qaradağ rayon ərazisində yerləşən iki marketdənoğurluqlar edilib və nəticədə zərərçəkənlərə 1200 manata yaxınmaddi ziyan vurulub.
Qaradağ RPİ 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləritədbirlərlə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı R.Hüseynovmüəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Yasamal rayonunda yerləşən evlərin birindən puloğurlamaqda şübhəli bilinən 42 yaşlı V.Rzayev, 31 yaşlı T.Mənsimovvə S.Mənsimov da saxlanılıblar.
Araşdırmalar aparılır.