İranda baş verən yol qəzasında 21 nəfər ölüb.
Ölkə.Az xəbər verir ki, bu barədə APA IRNA-ya istinadla məlumat yayıb.
Məlumata görə, hadisə Fars əyalətinin cənubunda, Firuzabad və Kevar şəhərləri arasındakı magistral yolda qeydə alınıb. Avtobusun aşması nəticəsində 21 nəfər ölüb, 34 nəfər yaralanıb.