Bu ilin yanvar-iyun aylarında Azərbaycan 259,390 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib.
"Cebheinfo.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,6 % çoxdur.
Hesabat dövründə Azərbaycan həmçinin 1,712 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları ixrac edib. Bu isə 1 il əvvələ nisbətən 23,4 % azdır.
Əczaçılıq məhsulları üzrə idxal Azərbaycanın ümumi idxalının 2,25 %-ni, ixrac isə ümumi ixracın 0,01 %-ni təşkil edib.
Xatırladaq ki, I yarımildə Azərbaycan xarici ölkələrlə 24 milyard 400 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 12,1 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 12 milyard 878 milyon ABŞ dolları ixracın, 11 milyard 522 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 0,2 % az, idxal isə 29,9 % artıb.
"Cebheinfo.az"