AZ

Kəlbəcər sakini qayadan yıxılaraq öldü

KƏLBƏCƏR, 19 iyul. TELEQAF

Kəlbəcərdə dağlıq ərazidə bədbəxt hadisə baş verib.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə rayonun Qamışlı kəndində qeydə alınıb.

Belə ki, 1962-ci il təvəllüdlü Rəşid Baxışov qayadan yıxılaraq ölüb.

Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.

Faktla bağlı Kəlbəcər Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Seçilən
79
teleqraf.com

1Mənbələr