UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Zirə" - "Hayduk" (Xorvatiya) oyunundan əvvəl mətbuat konfransı və media üçün açıq məşqlər olacaq.
Offsideplus.az xəbər verir ki, hər iki komandanın məşqi və mətbuat konfransı eyni gündə baş tutacaq.
22 iyul
18:00 "Zirə"nin baş məşqçisi Rəşad Sadıqovun mətbuat konfransı - 8-ci km qəsəbə stadionu
19:00 "Zirə"nin media üçün açıq məşqi - Suraxanı qəsəbə stadionu
19:00 "Hayduk"un baş məşqçisi Qonsalo Qarsiyanın baş məşqçisi - 8-ci km qəsəbə stadionu
19:30 "Hayduk"un media üçün açıq məşqi - 8-ci km qəsəbə stadionu
Mətbuat nümayəndələri hər iki komandanın məşqinin ilk 15 dəqiqəsini izləmək imkanına malik olacaqlar.