İranın Fars əyalətində sərnişin avtobusu aşıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Hadisə nəticəsində 8 nəfər həlak olub, 15 nəfər isə ağır xəsarət alıb.
***
İranın Fars əyalətində Firuzabad və Kəvar şəhərləri arasındakı şosedə avtobusun aşması nəticəsində ölənlərin sayı 15-ə çatıb.
Bu barədə bölgənin təcili yardım xidmətinin rəhbəri Məsud Abed məlumat verib.
M.Abed həmçinin bildirib ki, xəsarət alanların sayı 27-yə çatıb.